Suriyada 13 nəfər öldü

8 Aprel 2014 07:10 (UTC+04:00)
Suriyanın Hələb şəhərində minaatanlardan açılan atəş nəticəsində 12 nəfər ölüb, 50-dən artıq adam yaralanıb.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, minaatan mərmiləri paytaxt Dəməşqdən 10 km cənubda, Carman bölgəsində də partladılıb.

İnsident zamanı 1 nəfər ölüb, onu uşaq olmaqla, 18 nəfər xəsarət alıb. Yaxınlıqdakı yaşayış binalarına ciddi ziyan dəyib.

AzNews.az