Deputatlarımız Avstriyaya gedir

8 Aprel 2014 08:25 (UTC+04:00)
Milli Məclisin nümayəndə heyətinin üzvləri parlamentarilərin, hakimlərin və prokurorların korrupsiyanın qarşısının alınmasında məhsuldarlığını artırmaq: İki ildə meydana çıxan cərəyanlara dair AŞPA-nın Korrupsiya Əleyhinə Dövlət Qrupunun (GRECO) 4-cü dövr dəyərləndirmələri üzrə konfransında iştirak etmək üçün aprelin 9-dan -12-dək Vyanada (Avstiya) səfərdə olacaqlar.

Səfərdə iştirak edəcək nümayəndə heyətinin üzvü, millət vəkili Çingiz Qənizadə konfrans haqqında suallarımızı belə cavablandırdı.

"Konfransda Avropa Şurası Baş katibinin müavini, Avropa İttifaqının Daxili İşlər komissarı, səkkiz ölkənin ədliyyə naziri, bir ölkənin ali məhkəməsinin sədri və digər səlahiyyətli təşkilatların rəsmiləri iştirak edəcəklər.

Korrupsiyaya qarşı mübarizəyə həsr olunan bu beynəlxalq konfransda Milli Məclisin nümayəndə heyəti ilə yanaşı, Baş Prokurorluğun nümayəndələri də iştirak edəcəkdir.

Azərbaycan nümayəndə heyətinin bu cür tədbirlərdə iştirakını müsbət dəyərləndirir, ölkə prezidenti cənab İlham Əliyevin rüşvət və korrupsiyaya qarşı ortaya qoyduğu siyasi mövqeyinin həyata keçirilməsində beynəlxalq təcrübədən yararlanmağın vacib şərtlərdən biri olduğunu qeyd etmək istəyirəm. Onu da qeyd edim ki, rüşvət və korrupsiyaya qarşı mübarizə təkcə inzibati metodlar, həbslərlə həyata keçirilə bilməz. Bununla yanaşı rüşvət və korrupsiyanı yaradan səbəblər və şərait də aradan qaldırılmalıdır.

Ölkəmizdə ASAN Xidmətin yaradılması, "Elektron məhkəmə" informasiya sisteminə keçid bunun bariz nümunəsidir", - deyə millət vəkili bildirdi.

AzNews.az