Xarkovda 70 nəfər saxlanıldı

8 Aprel 2014 09:20 (UTC+04:00)
Xarkovda hüquq-mühafizə orqanları antiterror əməliyyatı keçirərək 70 nəfəri separatizmdə şübhəli şəxs qismində saxlayıb. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün "Facebook" səhifəsində yazıb. Bu barədə "RBK-Ukrayna" agentliyi xəbər verib.

O deyib: "Xarkov vilayətinin dövlət administrasiyasının binası gecə yenidən binanı ələ keçirənlərdən təmizlənib. 70-ə yaxın separatçı həbs edilib".

Avakov qeyd edib ki, əməliyyat odlu silah tətbiq edilmədən həyata keçirilib.

Bir müddət əvvəl Avakov məlumat vermişdi ki, Donetsk, Luqansk və Xarkov vilayətlərinə Ukraynanın digər regionlarından xüsusi milis hissələri gətirilib.

AzNews.az