Yasamalda süni şəkildə tıxac yaradılır - FOTO

8 Aprel 2014 11:40 (UTC+04:00)
Yasamal rayonu, "İnşaatçılar" prospekti, eyni adlı metro stansıyasının yanında hər gün saatlarla tıxac yaranır. Özü də burada günün istənilən saatında avtomobillərin sıxlığını müşahidə etmək olar.
AzNews.az xəbər verir ki, buna səbəb heç də yolun darlığı və avtomobillərin sayının çoxluğu deyil. Səbəb metronun çıxışındakı dayanacaqda taksi və digər avtomobillərin park etməsi, buna görə də sərnişin avtobusları dayanacağa girə bilməməsidir. Nəticədə dayanacağa girə bilməyən avtobuslar, yolun hərəkət hissəsində saxlamalı olurlar. Bu da əlbəttə ki, tıxaca gətirib çıxarır. Maraqlıdır ki, illərdir davam edən bu bərbad mənzərəni nə yol polisini narahat edir, nə də Nəqliyyat Nazirliyini.

AzNews,az saytı həmin ərazidən bir neçə foto təqdim edir:







İntiqam
AzNews.az