Nazir müğənniyə kapitan rütbəsi verdi

9 Aprel 2014 07:45 (UTC+04:00)
Opera müğənnisi Cahangir Qurbanova kapitan rütbəsi verildi.

Anspress-in məlumatına görə, Opera və Balet Teatrı ilə yanaşı Daxili İşlər Nazirliyiyn hərbi orkestrinin solisti olan sənətçi artıq kapitandır.

"Azərbaycan Respublikasina xidmət edirəm!" deyən Cahangir Qurbanov, yeni aldığı hərbi rütbəyə görə DİN-nin rəhbərliyinə öz təşəkkürünü bildirməyi unutmadı.

"Məni bu rütbəyə layiq gördükləri üçün bütün rəislərimə təşəkkürümü bildirirəm. İncəsənətə gostərilən qayğı və diqqətə görə cənab nazir - general polkovnik Ramil Usubova və onun muavini Daxili Qoşunlarin komandanı general-mayor Şahin Məmmədova isə xüsusi təşəkkürümü bildirirəm".

AzNews.az