Mübariz Tağıyev yenidən xəstəxanaya düşdü

30 Avqust 2012 11:16 (UTC+04:00)
Xalq artisti, estrada ifaçısı Mübariz Tağıyev yenidən xəstəxanaya düşüb. Buna səbəb səhhətində olan problemin yenidən ağırlaşması olub.

Bu barədə məlumatı AzNews.az-a sənətçinin özü verib: "Artıq bir həftədir ki, xəstəxanada müalicə olunuram. Amma bu hələ müalicəmin bitməsi demək deyil. Müalicəm evdə hökmən davam etməlidir".

Qeyd edək ki, Mübariz Tağıyev bu ilin may ayının 29-da Mərkəzi Klinikada ürəyindən əməliyyat olunmuşdu.

Allah şəfa versin!

Əminə
AzNews.az