Zavodda baş verən yanğın söndürüldü- YENİLƏNİB

9 Aprel 2014 14:22 (UTC+04:00)
Bakıda zavod yanır. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Balaxanı Maşınqayırma Zavodunda yanğın başlayıb.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib.

Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.(15.55)

***

Bakıda zavodda baş verən yanğın söndürülüb.

APA-nın verdiyi məlumata görə, yanğın zavodun dam örtüyündə qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hazıra yanğının baş vermə səbəbləri araşdırılır.

AzNews.az