Britaniyada müsəlman nazir oldu - İlk dəfə

9 Aprel 2014 17:20 (UTC+04:00)
Böyük Britaniyanın mədəniyyət, KİV və idman naziri postunu sabiq bankir, müsəlman Səcid Cavid tutub.

Səcid Cavid bu postda aprelin 9-da maliyyə qalmaqalına görə istefaya getmiş Mariya Milleri əvəzləyib. Mariya Millerin dövlət büdcəsindən əsaslandırılmamış şəkildə vəsait xərclədiyi iddia olunur. O, dövlət büdcəsinə 5 min 800 funt ödəməlidir.

"Media forum" saytı bildirir ki, Bristolda pakistanlı ailədə doğulan Səcid Cavid uzun müddət bank sektorunda işləyib. O, 2010-cu ildə parlamentin deputatı seçilib.

Səcid Cavid 2013-cü ilin oktyabrından Böyük Britaniya Maliyyə Nazirliyinin maliyyə katibi postunu tuturdu.


AzNews.az