Suriyanın Homs şəhərində iki partlayış - 25 ölü, 100 yaralı

9 Aprel 2014 20:20 (UTC+04:00)
Suriyanın Homs şəhərində iki partlayış nəticəsində ən azı 25 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 100-dən çox adamın xəsarət aldığı bildirilir.

Xatırladaq ki, 2011-ci ilin martından başlayaraq Suriyada hökumət və müxalifət arasında silahlı münaqişə davam edir. BMT-nin məlumatına əsasən, bu müddət ərzində ölkədə 100 000 nəfərdən çox insan həlak olub.

AzNews.az