Tanınmış prodüserə hücum oldu: Onun üzünü yandırdılar

10 Aprel 2014 07:37 (UTC+04:00)


Tanınmış prodüser Sayqa Cahidə xəsarət yetirilib. Bu barədə məlumatı AzNews.az-a prodüserin özü verib. O, deyib ki, bu gün səhər saatlarında yaşadığı binanın liftinə yaxınlaşarkən tanımadığı şəxs ona "qaz balonu" ilə hücum edib. Sonra isə prodüserin əlindən çantasını alan şəxs onun üzünü və boğazını yandırıb: "Məni itələyib yıxdı, ardınca qaçmaq istəyəndə polis maşını gördüm. Təkcə istiqaməti deyə bildim. Sağ olsun Xətai rayonu 34-cü Polis Bölməsinin əməkdaşları. Mənə yardım olunana qədər polislər cinayətkarı tutdular. İndi qalır özümə gəlməyim".

Qeyd edək ki, Sayqa Cahid həm də bir müddət jurnalistika sahəsində çalışıb.

İntiqam Valehoğlu
AzNews.az