Donetskdə barrikadalar qurulur – Gərginlik

10 Aprel 2014 10:01 (UTC+04:00)
Ukraynanın Donetsk şəhərində Vilayət Şurasının binasını artıq 3 gündür ələ keçirən rusiyameyilli separatçı qüvvələr kompromisə getmək niyyətində olmadıqlarını açıqlayıblar.

AzNews.az-ın məlumatına görə, separatçılar binanın qarşısında qurduqları barrikadaları möhkəmləndirməyə də başlayıblar.

Hadisə yerinə gələn Ukrayna baş nazirinin müavini Vitaliy Yarem separatçıları ələ keçirilən binadan çıxmağa çağırıb. V. Yarem separatçıların binadan danışıqlar yolu ilə hər hansı qarşıdurma olmadan çıxacaqlarına ümid etdiyini də bildirib.

Xatırladaq ki, rusiyameyilli qüvvələr Dinetsk Vilayət Şurasının biasını ələ keçirərək, qondarma "Donetsk Xalq Respublikası"nın yaradılmasını elan ediblər.

AzNews.az