Aytən Səfərova: “Mən qələt eləyərəm...”

10 Aprel 2014 10:08 (UTC+04:00)

ANS telekanalının "Salam, Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərova özünə qadağa qoyub.

AzNews.az-ın məlumatına görə, o, bundan sonra "1000 bərəkət, halal nemət" ət və tə məhsulları almayacağı qərarına gəlib.

Teleaparıcı bu barədə "Facebook" profilində yazib: "1000 bərəkət, halal nemət" dən mən qələt eləyərəm bundan sonra sosiska və ya kolbasa alaram. Habelə mənim bütün qohum-əqrəbam...".

Qeyd edək ki, bir neçə gün öncə sözügedən şirkətin məhsulu olan sosiskanın işərisindən qurd çıxmasıyla bağlı xəbərər yayılmışdı.

İntiqam Valehoğlu
AzNews.az