Anar Nağılbazdan Ramiz Rövşənə ETİRAZ

10 Aprel 2014 11:14 (UTC+04:00)

Azərbaycanın xalq şairi Ramiz Rövşənin "Azərbaycanda ilk rep nümunələrini 90-cı ilərin əvvəllərində Cavanşir Quliyevlə mən yaratmışam" fikri, Anar Nağılbazın narazılığna səbəb olub.

Azərbaycan repinin banisi kimi təqdim olunan Anar Nağılbaz bu barədə fikirlərini AzNews.az vasitəsilə bölüşüb: "1994-cü ildə "Gecə kanalı" adlı veriliş var idi. Bu məsələ həmin verilişdə müzakirə olundu. Orda da dedim ki, bu, rep deyil. Cavanşir Quliyev də mənimlə razılaşdı. Biz niyə öz əsərlərimizi repə calayıb cılızlaşdırırıq? Rep qərb janrıdır. Həmin mahnıda da repdən söhbət gedə bilməz".

Qeyd edək ki, Ramiz Rövşən rejissor Ramiz Həsənoğlunun səhnələşdirdiyi "Ac həriflər" televiziya tamaşasının sountreki kimi səslənən "Allah bizim Allahdı, keçər günahımızdan" mahnısını Azərbaycan repinin ilk nümunəsi hesab edib.

Xatırladaq ki, həmin mahnının sözləri Ramiz Rövşənə məxsusdur.

İntiqam Valehoğlu
AzNews.az