Millimiz rekord vurdu

10 Aprel 2014 11:48 (UTC+04:00)
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə 6 pillə irəliləyən Azərbaycan milli komandası 398 xalla 85-ci pillədə qərarlaşıb. Bu, millimizin tarixi ərzində FIFA-nın reytinq cədvəlindəki ən yaxşı göstəricisidir.

Növbəti reytinq cədvəli mayın 8-də açıqlanacaq.

AzNews.az