İlham Əliyev zimbabveli nazirlə görüşdü

10 Aprel 2014 11:52 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvini qəbul edib.

Dövlət başçısı Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbengegvinin ölkəmizdəki görüşlərinin məhsuldar keçəcəyinə və səfərin Azərbaycan ilə Zimbabve arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına inandığını bildirib.

Nazir Simbaraşe Mumbengegvi Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarını dövlət başçısına çatdırıb. O, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Dövlət başçısı Prezident Robert Muqabenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zimbabve dövlətinin başçısına çatdırmağı xahiş edib.

AzNews.az