Anar əsərinə qoyulan qadağadan danışdı – Münasibət

10 Aprel 2014 13:16 (UTC+04:00)
"Mən bu əsərlə bağlı nə İsrafil İsrafilova, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməmişəm". AzNews.az-ın məlumatına görə, bunu qurumun rəsmi saytına Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçı Anar deyib.

Qeyd edək ki, AzNews.az-a daxil olan məlumata görə, rejissor Rövşən Almuradlı xalq yazıçısı Anarın "Səhra yuxuları" əsərini Akademik Milli Dram Teatrda səhnələşdirmək istəyib. Amma teatrın direktoru İsrafil İsrafilov buna razılıq verməyərək, məsələnin Mədəniyyət və Turizm Nazirliyinin kurasiyasında olduğunu söyləyib.

Bahar
AzNews.az