NATO-nun baş katibi Ermənistana gəlir

30 Avqust 2012 14:37 (UTC+04:00)


NATO- nun baş katibi Anders Foq Rasmussen Ermənistana səfər edəcək. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, səfər sentyabrın 5, 6 –da baş tutacaq. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində baş katib Rasmussen Ermənistan prezidenti Serj Sarkisyan, Xarici İşlər naziri Edvard Nalbandyan və Müdafiə naziri Seyran Ohanyanla görüşəcək.

Bundan əlavə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, NATO ilə Ermənistan arasında demokratiya, sülhməramlı missiyaların fəaliyyətində məhsuldar əməkdaşlıq mövcuddur və hər iki tərəf bu münasibətlərin dərinləşdirilməsində maraqlıdır.

Sadiq
AzNews.az