Bakıda məşhur şirkətdən 105 min manat oğurlandı - Özəl

11 Aprel 2014 14:11 (UTC+04:00)
"Karmen MMC" un məmulatları şirkətindən külli miqdarda pul oğurlanıb. AzNews.az-ın məlumatına görə, hadisə şirkətin baş ofisinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 23 ünvanında baş verib. Şirkətdən bildiriblər ki, hadisə zamanı 105 min manat məbləğində pul oğurlanıb.

Faktı Abşeron Rayon Polis Şöbəsindən təsdiqləyiblər. Bildirilib ki, cinayəti törədən şəxslər hələ tapılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azər
AzNews.az