Baş nazirin müavininin korteji atəşə tutulub

11 Aprel 2014 18:33 (UTC+04:00)
Hərbi geyimli yaraqlılar İraq baş nazirinin müavini Saleh Mutlakın avtomobil kortejini atəşə tutub.

AzNews.az xəbər verir ki, Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, mühafizə xidmətinin bir əməkdaşı həlak olub.

Mənbə daha bir neçə nəfərin yaralandığını, Mutlakın isə xəsarət almadığını bildirib.

Silahlı basqın Bağdadın qərbində, Fəllucada olub.

Baş nazirin müavini mühasirədən sonra şəhərdəki vəziyyəti araşdırmaq üçün ora gedirmiş.

Xatırladaq ki, 3 həftədən sonra İraqda parlament seçkiləri keçiriləcək.


AzNews.az