Ded Hasanın ən böyük düşməni tutuldu - FOTO

11 Aprel 2014 20:46 (UTC+04:00)
Moskva polisi kafelərdən birində Taro ləqəbli qanuni oğru Tariel Oniani tutulub.

AzNews.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, əsil adı Tariel Muluxov olan 51 yaşlı Taro artıq bir neçə ildir ki, insan oğurluğuna görə axtarılırdı. Polisin verdiyi məlumata görə, 18 mart 2009-cu il tarixdə Muluxov, 43 yaşlı Sergey Abutidze və 23 yaşlı moskvalı Aleksey Zubarev başqa cinayət ortaqları ilə birlikdə "Zolotoye koltso" mehmanxanasında moskvalı biznesmen Conni Manaqadzeni tutublar. Onu beysbol ağacı ilə döyərək qohumlarından 500 min dollar tələb ediblər. 21 mart 2009-cu il tarixdə 218 min dollar alan soyğunçular biznesmeni Kutuzov prospektində azad ediblər. Zərərçəkən polisə müraciət edib.

Kutaisi "qanuni oğru" klanının başçısı sayılan Tariel Oniani Gürcüstanın Tkibuli şəhərində anadan olub. Səkkiz dəfə həbsdə olub və 10 ilini həbsdə keçirib.

Taronun əlinin "rus mafiyasının kralı" Aslan Usoyanın (Ded Hasan) ölümündə əli olduğu bildirilir. O, həm də azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin dostudur.

AzNews.az