ABŞ İran diplomatına viza verməyəcək

11 Aprel 2014 21:45 (UTC+04:00)
ABŞ hakimiyyəti BMT və İrana bildirib ki, İranın BMT yanında daimi nümayəndəsi postuna irəli sürülmüş Həmid Əbutalebiyə Amerika ərazisinə daxil olmasına icazə verməyəcək.

AzNews.az - ın xəbərinə görə Trend İnterfaks agentliyinə istinadən məlumat verir ki, bu barədə Ağ evin nümayəndəsi Cey Karni cümə günü bəyan edib.
"Biz BMT və İranı məlumatlandırmışıq ki, biz İranın BMT-də nəzərdə tutulan daimi nümayəndəsinə viza verməyəcəyik", - Karni Vaşinqtonda brifinqdə bildirib.

AzNews.az