Uilyam Berns istefa verəcəyini bəyan etdi

12 Aprel 2014 08:15 (UTC+04:00)
ABŞ Dövlət katibinin birinci müavini Uilyam Berns vəzifəsindən istefa verəcəyini bəyan edib.

AzNews.az-ın ABŞ mediasına istinadən verdiyi məlumata görə, İranla məxfi danışıqlara rəhbərlik edən U. Berns öz postunu oktyabrda tərk edəcək. Məlumatda o da qeyd olunub ki, U. Berns ABŞ xarici siyasəti üçün önəmli simalardan biridir. O, bu sahədə 1982-ci ildən çalışır. Berns ABŞ-ın SSRİ-dəki səfirliyində məsləhətçi, sonra isə ölkə prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü olub. Diplomat uzun müddət dövlətin yaxın şərq və cənubi Asiya məsələlərimdəm cavabdehlik daşıyıb. ABŞ-ın İordaniyada səfiri, 2001-2005-ci illərdə isə Dövlət katibinin yaxın şərq üzrə müavini vəzifəsində işləyib. 2011-ci ildən Dövlət katibinin birinci müavini postunu tutur.


AzNews.az