Hesablama palatası daha iki qurumu yoxlayacaq

12 Aprel 2014 08:35 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının struktur bölmələrində yoxlamalar aparılacaq.

AzNews.az xəbər verir ki, bu barədə qərar Hesablama Palatasının Kollegiya iclasında qəbul edilib.

İclasda dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının saxlanılmasına, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə və Meşələrin İnkişafı Departamentinə ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.

Həmçinin, Kollegiya dövlət büdcəsindən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı, eyni zamanda Göyçay rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin "Ümumi dövlət xidmətləri", "Mənzil və kommunal təsərrüfatı" bölmələrindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə dair Audit Proqramlarını təsdiq edilib.

Amid
AzNews.az