Eyfel qülləsindən hündür hotel

30 Avqust 2012 18:10 (UTC+04:00)
Dubayda yerləşən Bürc Əl Ərəb mehmanxanası dünyada ən bahalı mehmanxana sayılır. Burda ən sadə və ucuz nömrədə qalmaq üçün bir gecəyə 770 avro ödəmək tələb olunur. Mehmanxanadakı kralsayağı otaqların qiyməti bir gün üçün 7700 dollara başa gələcək.

Bu məhtəşəm binanın tikilişi 1994-cü ildə başlayıb. Binanın hündürlüyü 321 metr, fundamentinin dərinliyi 40 metr, sahildən uzaqlığı isə 280 metrdir. Bürc əl-Ərəb dünyada ən hündür hoteldir, Eyfel qülləsindən belə hündürdür, Empire State Building-dən isə cəmisi 60 metr balacadır.

Hotel ilk qonaqlarını 1 dekabr 1999-cu ildə qəbul edib. Hotelin tikintisində qiymətli ağaclardan, təbbi daşdan, dəridən və qiymətli daş-qaşlardan istifadə olunub. Hoteldə 8000 kv.m. təmiz qızıldan istifadə olunub və 202 otaq var və cəmi 1500 işçi çalışır.

Bahadur Eyuboğlu
AzNews.az