20 yaşlı qız özünü öldürdü

12 Aprel 2014 19:54 (UTC+04:00)
Şabranın Qəndob kəndində intihar hadisəsi qeydə alınıb.

Şabran Polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 20 yaşlı Zeynəb Şərafətdin qizi Ələkbərova Qəndob kəndində yaşadığı evlərinin həyətində yerləşən yardımçı binanın tavanından özünü asıb.

İntiharın səbəbi bəlli deyil. Hadisə ilə bağlı Şabran Prokurorluğunda cinayət işi açılıb. İstintaq başa çatdiqdan sonra intihar hadisəsinin hansı səbəbdən baş verdiyi bəlli olacaq.

Ailəsindən verilən xəbərə görə Zeynəb Ələkbərovanın sağlamlığı ilə bağlı problemi olmayıb.


AzNews.az