Maşın dərəyə yuvarlandı - 1 olü

12 Aprel 2014 20:55 (UTC+04:00)
Gədəbəydə avtomobil 15 metrlik dərəyə yuvarlanıb.

AzNews.az xəbər verir ki, ANS PRESS-in məlumata görə, dünən gecə Gədəbəy rayonunun Zəhmət kəndi ərazisində avtoqəza baş verib. Gədəbəyin Qaradağ kənd sakini 43 yaşlı Eldar Abdullayev Şəmkirdən yaşadığı kənddə gedərkən idarəetməni itirib və avtomobil 15 metr dərəyə yuvarlanıb. Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə sürücü Eldar Abdullayev sükan arxasında əyləşərkən ağır dərəcəli sərxoş olub.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.


AzNews.az