Gənc müğənnidən yeni mahnı- “Gözlər“

14 Aprel 2014 07:51 (UTC+04:00)
Bir neçə müddətdir yaradıcılığına fasilə verən gənc müğənni Nigar Abdullayeva səhnəyə qayıdıb.

Müğənninin AzNews.az-a verdiyi məlumata görə, o, sözləri və musiqisi Arif Səlimə məxsus "Gözlər" adlı yeni mahnı lentə alıb. Lirik janrda olan bu mahnıya rejissor Rəhman Əliyev klip çəkib.

Qeyd edək ki, klip yaxın günlərdə TV kanallarında yayımlanacaq. Mahnıda bekvokalları müğənni Nurlan Təhməzli ifa edib. Mahnının aranjimanı Elvin Musayevə aiddir.

Bahar
AzNews.az