Polis şöbəsi ələ keçirildi- VİDEO

14 Aprel 2014 08:42 (UTC+04:00)
Ukraynanın Donetsk vilayətində Rusiya hərbçiləri olduğu güman edilən silahlılar Kramatorsk rayon milis şöbəsini və icrayə komitəsinin binalarını ələ keçirib. AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, silahlılar xüsusi hazırlıqlı olublar və yerli sakinlərdən olmadıqları danışıqlarından bəlli olub.

Hazırda adıçəkilən şəhərdə ara-sıra atəş səsləri eşidilir. Maskalı silahlıların sayı barədə müfəssəl məlumat verilmir. Şəhər sakinlərinə küçələrə çıxmamaqla bağlı xəbərdarlıq edilib. Mülki əhali gərginlik içindədir. Onlar çalışdıqları yerlərə getməkdən ehtiyat edirlər.

Mövzu ilə bağlı videonu BURADAN izləyə bilərsiniz.

AzNews.az