“Hyundai” piyadanı vurdu - 76 yaşlı kişi öldü - FOTO
14 Aprel 2014 17:30 (UTC+04:00)
Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
AzNews.az xəbər verir ki, APA-nın məlumata görə, hadisə bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binasının qarşısında qeydə alınıb.
"Hyundai" markalı avtomobil yolu keçən piyada, 1938-ci il təvəllüdlü Səmədağa Mövlan oğlu Paşayevi vurub. Piyada hadisə yerində ölüb, sürücü isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az