Qənirə Paşayeva alimlə anlaşdı- AÇIQLAMALAR

14 Aprel 2014 17:43 (UTC+04:00)
Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin onun haqqında redaksiyamıza ünvanladığı müraciətə münasibət bildirib.

Q. Paşayeva AzNews.az-a açıqlamasında deyib ki, "Şəfa əl-Əsrar" adlı kitabda Z.Quluzadənin adının elmi redaktor göstərilməsi ilə bağlı olan fikirlər həqiqəti əks etdirmir: "Zümrüd xanım Azərbaycanın çox dəyərli ziyalısıdır. Ona çox böyük hörmətim var. Onun mənə bununla bağlı bir dəfə müraciəti olub. Zümrüd xanım dedi ki, kitabda adımın olmasını istəmirəm. Mən də bildirdim ki, biz Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu olaraq bu kitabın çapına dəstək göstərmişik, ümumiyyətlə kitabın içərisinə müdaxilə etməmişik. Ona dedim ki, bu kitabın gələcəkdə təkrar nəşri olarsa, sizin iradınızı müəllifə çatdıraram".

Q. Paşayeva vurğulayıb ki, biz o kitabı təkrar nəşr etməmişik.

Zümrüd Quluzadə isə AzNews.az-a yenidən açıqlama verərək bunun anlaşılmazlıq olduğunu diqqətə çatdırıb:

"Düzdür, mən kitabın ilk nəşrində də adımın orda elmi redaktor göstərilməsinin əleyhinə olmuşam. Çünki həmin kitabla tanış deyildim. Bu gün Qənirə xanımla bu barədə söhbətimiz oldu və bir-birimizi başa düşdük".

İntiqam Valehoğlu
AzNews.az