Sanksiyalara yeni adlar əlavə edildi

14 Aprel 2014 21:35 (UTC+04:00)
Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətdə günahkar şəxslərə qarşı fərdi sanksiya siyahısını genişləndirəcəklər.

Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn bəyan edib. O, deyib ki, nazirlər eyni prinsipləri rəhbər tutacaqlar - viza qadağası və bank hesablarının dondurulması.

Jan Asselbornun sözlərinə görə, hələlik söhbət yalnız siyahının genişləndirilməsi barədə prinsipial qərardan gedir. Konkret adlar isə məlum deyil.

Aprelin 10-da Avropa Birliyinin sanksiya siyahısına 107 rusiyalının, o cümlədən, ölkənin bütün rəhbərliyfinin, Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının və bir neçə jurnalistin adı əlavə edilib.

AzNews.az