16 yaşlı qız intihara cəhd etdi- FOTO

15 Aprel 2014 07:13 (UTC+04:00)
Bakının Səbail rayonu, Dənizkənarı Milli Parkda intihara cəhd olub.

APA -nın xəbərinə görə, təxminən 16 yaşlarında olan qız özünü dənizə atıb.

Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gəncin axtarışına çıxıblar. Gənc qızın dənizdə boğulduğunu görən vətəndaşlardan biri, özünü suya ataraq onu dənizdən çıxarmağa müvəffəq olub.

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyəti ağır olan gənc qıza ilkin tibbi yardım göstərilib. Daha sonra o 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

1996-cı il təvəllüdlü Matanova Nuranə Sədaqət qızı sevgilisi ilə telefonla danışdıqdan sonra intihara cəhd edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az