Hərbçilərimiz ABŞ-da kurs keçəcək
15 Aprel 2014 08:20 (UTC+04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən, 2014-cü il aprel ayının 16-dan 2015-ci il yanvarın 9-dək San-Antonio şəhərində (ABŞ) Rabitə kapitanlarının karyera kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
AzNews.az