Beyləqanda əhaliyə su verilmir – Narazılıq (Yenilənib)

15 Aprel 2014 10:44 (UTC+04:00)
Beyləqan rayonunda təsərüfat işlərinə istifadə olunan kanal suyunun verilməsinin dayandırılması kənd əhalisinin etirazına səbəb olub. AzNews.az-a daxil olan xəbərdə bildirilir ki, rayonun Bahar kəndinin sakinləri suyun gəlməməsindən çıxılmaz vəziyyətə düşüblər.

Kənd sakinlərinin dediyinə görə, artıq neçə müddətdir rayon İcra Hakimiyyətinin göstərişi ilə kəndə suyun verilməsini dayandırıb və bununla bağlı yerli əhaliyə heç bir izahat verilməyib.

Kəndlilər isə təsərrüfatın yararsız hala düşəcəyindən narahatdırlar. Onlar bildirir ki, su verilmədiyindən əkin sahəsində suvarma işləri apara bilmirlər. Sakinlər üzləşdikləri problemlə bağlı bütün lazimı instansiyalara müraciət etsələr də, hələlik heç bir nəticə yoxdu. Məsələ ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət almaq cəhdimiz baş tutmadı. (10.49)

***
Beyləqan rayonun Bahar kəndində təsərrüfat işlərində istifadə olunan suyun verilməsi ilə bağlı AzNews.az-da gedən xəbərə reaksiya gəlib.

AzNews.az-a açıqlama verən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayonu üzrə rəisi Əlmşad Məmmədquliyev Bahar kəndinin bəzi ərazilərinə su verilməsində problem olduğunu təsdiqləyib. O deyib ki, bir sıra həyətyanı sahələrdə su arxları işləmədiyindən belə problemlər yaranıb: "Bu problem ərazi sahibləri tərəfindən öz həllini tapmaılıdır. Amma Beyləqan rayon İcra Hakimiyyətinin xahişi ilə arxda təmizləmə işinə başlamışıq. Sabaha kimi bu problem tam aradan qaldırılacaq".

Ə. Məmmədquliyev əlavə edib ki, ümumilikdə Araz çayında suyun normadan aşağı düşməsi rayonda su qıtlığı yaradıb: "Bu səbəbdən əkinçilik sahələrinə su verlişi normadan bir az aşağı salınır. Məqsəd isə gələcəkdə yağıntıların düşməməsindən ehtiyatlanaraq anbarlarda su ehtiyatı saxlamaqdır. Həm də yay aylarında bitkilərə su verilməsi üçün ehtiyat saxlayırıq".

Amid
AzNews.az