Cinayətlərin açılmasına kömək edən 12 nəfərin üzü dəyişdirildi

15 Aprel 2014 09:47 (UTC+04:00)
"Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən daha 12 şahidin siması dəyişdirilib".

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib. Qəzetin məlumatına əsasən, bu addım şahidlərin təqib edilməmələri üçün atılıb. Məlumatda o da qeyd olunur ki, hazırda Türkiyədə qüvvədə olan şahidlərin qorunması haqqında qanuna əsasən, 105 şahid, 168 şahid qohumları olmaqla, ümumilikdə 273 nəfər haqqında bütün məlumatlar gizli saxlanılır. Məlumata əsasən, plastik əməliyyat vasitəsilə simaları dəyişdirilən bütün vətəndaşlara yeni pasportlar verilib.

AzNews.az