Donetskdə rus gəncin müsahibəsi aranı qatdı - Video

15 Aprel 2014 10:19 (UTC+04:00)
Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində "Rossiya" televiziya kanalına müsahibə verən yerli gəncin fikirləri separatçılar tərəfindən hiddətlə qarşılanıb. AzNews.az xəbər verir ki, kanala müsahibə verən gənc çıxışında əvvəlcədən planlaşdırılan ssenariyə əsasən, rəsmi Kiyevi tənqid atəşinə tutmalıymış.

Lakin, gənc kamera qarşısında özünü itirərək, vilayətdə baş verənlərdə Rusiyanın əli olduğunu deməsi və "Buradan Moskvalı işğalçılara üzümü tuturam" deməsi ətrafındakıları qəzəbləndirib. Onu əhatəyə alan rus separatçıları gənci döyməyə başlayıblar. Bütün bunlar isə "Rossiya" kanalının kamerası qarşısında baş verib. Operatorun kameranı söndürməməsi isə bizə baş verənləri açıq-aydın görməyə imkan verir.


AzNews.az