Elşad İsgəndərovun bir müavini artdı

15 Aprel 2014 17:35 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.


AzNews.az xəbər verir ki, fərmana görə, komitə sədrinin müavinlərinin sayı artırılaraq iki olub.

Bu vaxta qədər isə, komitə sədrinin bir müavini olub.


AzNews.az