Nazpəri Dostəliyeva şəkil qalmaqalından danışdı- Açıqlama

16 Aprel 2014 09:56 (UTC+04:00)
"Mətanət İsgəndərli sənət dostumuzdur və onunla aramızda heç bir münaqişə olmayıb". Bunu AzNews.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.

N. Dostəliyeva bildirib ki, Ramal İsrafilovun toyunda M. İsgəndərli ilə bağlı hər hansı narahatlıq yaşanmayıb. Əksinə məclis mehribanlıq şəraitində keçib: "Toydan şəkillər də var. Çox gözəl məclis oldu. Heç vaxt belə rahat, sərbəst toyda olmağım yadıma gəlmir. Mehriban şəkildə oxuduq, oynadıq və evimizə dağılışdıq. Mənim belə şeydən xəbərim yoxdur və bunu kimin uydurduğunu da bilmirəm".

Qeyd edək ki, müğənni Ramal İsrafilovun toyunda, sənətçi Mətanət İsgəndərlinin eyni masa ətrafında yer alan Nazpəri Dostəliyeva və Könül Kərimovadan incidiyi bildirilir. Nazpəri Dostəliyevanın Könül Kərimovadan onunla şəkil çəkdirməsini istəməsi həmin masa arxasında əyləşən digər xanım sənətçi Mətanət İsgəndərlinin onlardan inciməsinə səbəb olub. Bundan inciyən M. İsgəndərli "Keçmişinizi deyəsən unutmusunuz. Hamınızın yadına salaram" - deyərək əsəbi şəkildə, ağlayaraq toyu tərk edib.

Bahar Rüstəmli
AzNews.az