Bakı merindən açıqlama: “Başdan-ayağa cəfəngiyatdır“

16 Aprel 2014 10:39 (UTC+04:00)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çadırda gecələməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, Teleqraf.com-a açıqlamasında bu məlumatlar yalan olduğunu deyib: "Bu, başdan-ayağa cəfəngiyatdır. Gün ərzində orada oluram, amma gecələr yox". H.Abutalıbov Gül bayramına yüksək səviyyədə hazırlaşdıqlarını deyib.

Qeyd edək ki, artıq bir neçə gündür Heydər Əliyev Sarayının yaxınlığında mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqla bağlı çadırdan mənzil-qərargah qurulub.

AzNews.az