Ramil Usubov rəisi işdən çıxardı- ƏMR

16 Aprel 2014 12:31 (UTC+04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov vəzifədən azad edilib.

Lent.az-ın məlumatına görə, R.Səfərov sərəncama göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. Hazırda Astara RPŞ-nin rəisi vəzifəsini rəisin əməliyyat işləri üzrə müavini həyata keçirir.

Bildirilir ki, R.Səfərov nazirliyinin növbəti kompleks-inspeksiya yoxlamasının nəticələri əsasında vəzifədən azad edilib.

AzNews.az