Yeni sektor müdiri kimdir?- Tərcümeyi-hal

16 Aprel 2014 13:06 (UTC+04:00)


Xəbər verdiyimiz kimi, bu gün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoruna yeni müdir təyin olundu.

AzNews.az xəbər verir ki, yeni təyin olunan müdir Vüsal Quliyev 1982-ci ildə anadan olub. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantıdır. İxtisasca hüquqşünasdır. 2008-ci ildən 2012-ci ilin noyabrınadək Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquqşünası vəzifəsində işləyib. Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində fəaliyyətini davam etdirib.

Xəyalə
AzNews.az