Prezident iki rayonun icra başçısını dəyişdi- SƏRƏNCAM

16 Aprel 2014 15:55 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Ağdam və Kürdəmir icra başçılarını vəzifələrindən azad edib. Prezidentin ilk sərəncamı ilə Kürdəmir icra başçısı İrşad Əliyev vəzifəsindən azad olunub. Onun yerinə isə Ceyhun Fərrux oğlu Cəfərov təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov isə Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, R. Məmmədovdan əvvəl bu vəzifəni Nizami Sadıqov icra edirdi.

AzNews.az