Ermənilər Qapanlını atəşə tutdular

16 Aprel 2014 21:50 (UTC+04:00)
Ötən gün axşam saatlarında Tərtrin təmas xəttində yerləşən Qapanlı kəndi ermənilərin atəşinə məruz qalıb.

ANS PRESS-in kənd sakinlərinə istinadən verdiyi məlumata görə, qarşı tərəf iri çaplı güllələrdən də istifadə edib.

Kənd təqribən 10 dəqiqə atəşə tutulub.

Atılan güllələrdən biri kənd sakini Emin Tanrıverdiyevin evinin pəncərəsini sındıraraq içəri daxil olub.
Xöşbəxtlikdən evdəki ailə üzvlərindən xəsarət alan olmayıb.







AzNews.az