Bakı aeroportu belə olacaq - Fotolar

17 Aprel 2014 07:21 (UTC+04:00)
Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi binasının yeni fotoları yayılıb.


İnşası 2011-ci ilin martında başlayan kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir. Yeni kompleksin bu il istifadəyə veriləcəyi gözlənilir. Yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilər.

Üçbucaq şəkilli bina 4 mərtəbədən ibarətdir. Kompleksin terminalında 18 eskalator və 20 sərnişin lifti fəaliyyət göstərəcək. Yeni kompleksin işində elmi-texniki tərəqqinin beynəlxalq aviasiya sahəsində olan son nailiyyətləri tətbiq olunacaq.

Aviasərnişinlərə xidmət yüksək dünya standartlarına cavab verəcək. /Milli.az/