Metroda yaranan nasazlıqlara - SƏBƏB - VİDEO

17 Aprel 2014 18:07 (UTC+04:00)
Bakı metrosunda son aylar tez-tez müşahidə olan texniki nasazlıq məsələlərinə nəhayət ki, "Bakı Metropoliteni" idarəsinin baş mühəndisi Fuad Tağızadə aydınlıq gətirdi.

Fuad Tağızadə: "Çalışacağıq ki, belə hallar aradan götürülsün. Bilirsiz, texniki nasazlıq həmişə ola bilər, ancaq heç vaxt razı ola bilmərik ki, texniki nasaz qatarda sərnişin daşıyaq. Heç bir killometr də daşımağa nə mənəvi, nə də qanuni ixtiyarmız yoxdur. Ona görə məcbur olub sərnişinləri stansiyalarda boşaldıb qatarı depoya çıxardaq".

Qatarlara əvvəldən texniki baxışın keçirilib-keçirilmədiyinə də aydınlıq gətirən Fuad Tağızadə bildirdi ki, hər bir qatar yola salınmamışdan qabaq tam yoxlanılır, baxılır, sürülür. Ancaq onu da bilin ki, qatar gün ərzində 14-16 saat işləyir. Yəni bu, gün ərzində əmələ gələn nasazlıqlardır.



AzNews.az