“Rusiya vətəndaşlarının Ukraynaya girişi qağan edilməyib”

17 Aprel 2014 18:35 (UTC+04:00)
Ukraynanın sərhəd xidməti Rusiyadan kişilərin ölkəyə daxil olmasının yasaqlanması xəbərini təsdiqləməyib.

AzNews.az xəbər verir ki, Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, bir müddət öncə Rusiyanın "Aeroflot" hava şirkəti bildirmişdi ki, rəsmi Kiyev 16-60 yaşlarında Rusiya vətəndaşı olan kişilərin Ukraynaya daxil olmasını qadağan edib.

Ukraynanın Sərhəd Xidməti rəisinin müavini Sergey Astaxov məsələ ilə bağlı müsahibəsində deyib ki, ölkədə keçirilən antiterror əməliyyatla bağlı əcnəbilərə, o cümlədən Rusiya vətəndaşlarına ölkəyə giriş məsləhət görülmür.

Onun sözlərinə görə, ola bilsin "Aeroflot" bu xəbərdarlığı bir qədər fərqli şərh edib, yaxud özünü sığortalayıb.

AzNews.az