Azərbaycanda zəlzələ oldu

17 Aprel 2014 19:36 (UTC+04:00)
Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.

Zəlzələ Goranboyda 3,4 bal gücündə qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 19:25-də Mingəçevirdən 32 km cənub-qərbdə, Goranboy ərazisində 12 km dərinlikdə zəlzələ qeydə alınıb.

3,4 bal gücündə zəlzələ hiss olunmayıb.

AzNews.az