76 yaşlı kişi özünü asdı

18 Aprel 2014 08:15 (UTC+04:00)
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun İsmayıllı kəndində qeydə alınıb.

Kənd sakini 76 yaşlı Səlim Ağamirzə oğlu Məhərrəmov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzNews.az