YAP-dan yenilik

18 Aprel 2014 09:07 (UTC+04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi internet səhifəsində dəyişikliklər var. Belə ki, saytın dizaynı dəyişdirilib. AzNews.az xəbər verir ki, partiyanın yenilənən internet səhifəsindən daha asan məlumat almaq üçün yeni rubrikalar da əlavə edilib. Eyni zamanda, yeni dizayn edilmiş internet səhifəsində xəbərlər fotolarla müşahidə olunur.

AzNews.az