İlham Əliyev başsağlığı verdi

18 Aprel 2014 14:35 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı məktubu ünvanlayıb.

Prezident məktubunda "Sevol" bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".


AzNews.az